• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

Haqqımızda

Nəsimi rayonunun ərazisi

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonun 13.06.1969-cu il tarixdə yaradılmışdır. İnzibati ərazisi 10,0 kv.km.-dir. Nəsimi rayonu Xətai, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonları ilə həmsərhəddir.

Rayaon ərazisində Nəsimi Bələdiyyəsi fəaliyyət göstərir.

Nəsimi rayonu ərazisində qəsəbə, kənd və digər inzibati ərazi dairələri mövcud deyildir.
Rayon ərazisində 19 iri sənaye müəssisəsi, 4 Elmi Tədqiqat və Layihə İnstitutu, 13 bank və onların filialları, 9 rabitə müəssisəsi, 11 mehmanxana yerləşir. İşçilərin sayına görə ən iri müəssisə “Bakı Tikiş Evi” ASC-dir.

Rayon ərazisində 8 ali məktəb (Azərbaycan Neft Akademiyasi, Musiqi Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universiteti), 33 orta məktəb, 4 orta ixtisas və peşə məktəbi, 8 məktəbdənkənar tərbiyə müəssisəsi, 2 musiqi məktəbi, 47 körpələr evi-uşaq bağçası, 11 xəstəxana, 11 poliklinika, 13 memarliq abidəsi yerləşir.

Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 12 istirahət parkı, 1 mədəniyyət evi, 3 kinoteatr, 6 kitabxana (kitab fondu – 632900) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Heydər Əliyev Sarayı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Dəmir Yolu Vağzalı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, 28 May, C.Cabbarlı, 20 Yanvar və Memar Əcəmi metro stansiyaları Nəsimi rayonunun ərazisində yerləşir. Habelə rayonda 14 siyasi partiyanın rayon şöbəsi, 45 qeyri-hökümət təşkilatı, 17 beynəlxalq təşkilat, 7 dini icma fəaliyyət göstərir.

Nəsimi rayonu ərazisində 3 Seçki Dairəsi: 21 saylı Nəsimi birinci (29 məntəqə), 22 sayli Nəsimi ikinci (30 məntəqə) və 23 saylı Nəsimi-Səbail (Nəsimi rayonu üzrə 19 məntəqə) Seçki Komissiyaları fəaliyyət göstərir.

Nəsimi rayonunun əhalisi

Əhalisi 01.01.2014-cü il tarixə rəsmi qeydiyyatda 217900 nəfərdir. Onlardan 107900 nəfərini kişilər, 110000 nəfərini isə qadınlar təşkil edir.

Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 2457 ailə (10872 nəfər) rayon ərazisində müvəqqəti məskunlaşmışdır. Rayonda 152 şəhid (138-i Qarabağ müharibəsi şəhidi, 14-ü 20 Yanvar şəhidi) ailəsi vardır.

 


  • 10

    Ərazi
  • 217900

    Sakinlər
  • 90

    Bələdiyyə üzvləri
  • 77+

    Bələdiyyə strukturu

Bələdiyyənin gördüyü işlər

Gördüyümüz işlərdən bəzi nümunələr
İşlərimizlə daha yaxından tanış olmaq üçün işlərimiz bölməsinə daxil olun

Duis explicabo Aliq


To Top