+994 77 282 00 09
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".
©2026 todaymedia.az. Müəllif hüquqları qorunur