“Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılmasına Nəsimi bələdiyyəsi də öz töhfəsini verməkdədir”.
Bu fikirləri Belediyye.info-ya adıçəkilən bələdiyyənin sədri Əziz Zeynalov deyib.
Sədr qeyd edib ki, bu günlərdə Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 5 ünvanında yaşayan sakinlərin kollektiv müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilib. Ərazidə geniş miqyaslı abadlıq işləri həyata keçirlmiş, əraziyə yeni asfalt örtüyü salınaraq həyət sakinlərin istifadəsinə verilib. Görülmüş işlər çərçivəsində sakinlərin avtomobillərini saxlamaları üçün parklanma yerləri təşkil olunub.
Sədr qeyd edib ki, rayon sakinlərinin hər birinin müraciəti bələdiyyə tərəfindən diqqətdə saxlanılır. Bələdiyyədən asılı olan hər bir məsələnin öz həllini tapması üçün kollektiv var qüvvəsi ilə çalışır.
Belediyye.info