Nəsimi rayonunda bələdiyyənin ilk iclası keçirilib: sədr və müavinlər seçilib

Nəsimi bələdiyyəsində yeni seçilmiş üzvlərin ilk iclası keçirilib. 

Bu barədə məlumatı adıçəkilən bələdiyyədən daxil olub.

İclasda Əziz Zeynalov yekdilliklə sədr, Rahib Hacıyev, Ədviyyə Rəsullu  və Söhrab Həşimov  sədr müavinləri, Günay Səfərova isə bələdiyyənin katibi seçiliblər.

İclası isə  ilk olaraq bələdiyyə üzvlərindən ən yaşlısı Xalid Kərimov aparıb.

Qeyd edək ki, Əziz Zeynalov bundan əvvəlki beşillikdə də ilk dəfə olaraq bələdiyyəyə rəhbərlik etmiş və ilkin dövrdə müəyyən çətinliklər olsa da, bu gün Nəsimi  bələdiyyəsi paytaxtın fəal bələdiyyələr sırasındadır. Bununla yanaşı sədr Əziz Zeynalov secki prosesində  19.396 səs toplamaqla sıralamada birinci yeri tuta bilib.

Bələdiyyə üzvlərinin siyahısını təqdim edirik:

1) Zeynalov Əziz Fərrux oğlu

2) Hacıyev Rahib Səfəralı oğlu

3) Kərimov Xalid Əbülfəz oğlu

4) Həmidova Firəngiz İsmayıl qızı

5) Məmmədov Arzu Umud oğlu

6) Zeynalova Nərmin Akif qızı

7) Rəsullu Ədviyə Ədalət qızı

8) Məmmədov Mətləb Mirhüseyn oğlu

9) Rüstəmli Xuraman Çingiz qızı

10) Tağıyeva-Soncul Fidan Əziz qızı

11) Əhmədov Ramin Həsrət oğlu

12) Həşimov Söhrab Sadıx oğlu

13) Sultanova Sənubər Lütfəli qızı

14) Əlizadə Lalə İslam qızı

15) Səfərova Günay İsa qızı

16) Əhmədov Ülvi Rauf oğlu

17) Tağızadə Vaqif Arzu oğlu

18) Musayev Orxan Pəhlivan oğlu

19) Məmmədli İlqar İmdad oğlu