Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 2020-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT:
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 26 ümumi iclas keçirilərək 134 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
2020-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı.Bu ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur.
27 sentyabr Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarının yenidən kobud surətdə pozaraq,müxtəlif növ silahlardan,o cümlədən ağır artileriyadan istifadə etməklə,Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqlatörətdikləri novbəti təxribat nəticəsində mülki əhali və hərbiçilərimiz arasıda itkilər və yaralılar olmuşdur.Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdır.Azərbaycan Respublikasının Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020- ci il 28 sentyabr saat 00:00-dan etibarən hərbi vəziyyət elan edilmişdir.27 sentyabr 2020-ci il tarixində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən,kənd sakinini evinə,topmərmişi düşməklə bir ailənin 5 üzvü tamailə məhv olmuşdur.04, 05, 08, 11, 17 oktyabrda Gəncə şəhəri bombardman edilmiş mülki şəxslərə qarşı dəşhətli cinayət törədilmişdir.28 oktyabr tarixində erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə dinc əhali atəşə tutulmuşdur.Vətənin ərazi bütövlüyü uğrunda çoxsaylı şəhidlərimiz olmuşdur. Ali baş komandan,Cənab prezident İlham Əliyevin uğurlu siyasəti və Müzəffər Azərbaycan Ordusunun şücayəti nəticəsində 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad olmuşdur. 2020-ci ildə 8 noyabr tarixində Ali baş komandan,Cənab preziden İlham Əliyev Şuşanın işğaldan olmasını elan etmişdir.10 noyabr 2020-ci ildə Ermənista-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulmuşdur.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.Qeyd etmək lazımdır ki,ümumbəşəri pandemiya ilə əlaqədar paytaxda 2020-ci ilin mart ayından tətbiq olunan karantin rejimi bələdiyyə bücəsinə daxilolmalarda təsirsiz ötüşməmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 32521 vergi obyektləri mövcuddur.
2020-ci il ərzində Bələdiyyə büdcəsinə 490773,00 manat gəlir daxil olmuş, xərclər 472842,00 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 3473,00 manat əmlak vergisindən- 379223,00 manat, küçə,divar reklamının yerləşdirilməsinə görə 967,00 manat mehmanxanalardan 31352,00 manat, avtodayanacaqlardan rüsum- 25758,00 manat,dotasiyadan 50000,00 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 220476,00 manat, DSMF 56626,00 manat, təsərrüfat mallarinin və inventarların alınmasına 95162,00 manat bələdiyyənin saxlanmasına görə kommunal rabitə və sair xərclərə görə 56161,00 manat , sosial yardımlar üzrə ödənişlər 24783,00 manat, abadlıq, quruculuq təmir işlərinə 19634,00 manat xərclənmişdir.
Hesabat dövründə Nəsimi Bələdiyyəsinin yerləşdiyi binada bərpa və təmir işlərinin aparılması üçün 19634,00 manat, xərclənmişdir.
Nəsimi Bələdiyyəsinin ”Novruz Bayramı”münasibəti ilə, rayon ərazisində yaşayan 200 sosial yardıma ehtiyacı olan ailələyə 4318,00 manat ,”Qurban Bayramı” da 100 ailəyə 2800,00 manat bayram sovqatları təqdim edilmişdir.
Covid 19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədiylə dövlət tərəfindın görülən tədbirlərə köməklik göstərilməsində Nəsimi Bələdiyyəsi yaxından iştirak etmişdir.Covid-19 pandemiya dövründə sosial yardıma ehtiyacı olan ailələr müəyyən edilərək onlara ərzaq və qoruyucu vasıtələrdən ibarət paketin hazırlanması üçün 8700,00 manat, “ vəsait ayrılmışdır.
Bundan əlavə ,Çernobil faciəsinin il dönümü ilə əlaqədar “Çernobil Əlilləri İttifaqı”na, 150,00 manat, AZ QARABAĞ MÜHARİBƏSİ Ə.V.Ş.A İ.B 4500,00 manat maddi yardım göstərilmişdir.
Bundan başqa rayon ərazisində yaşayan xəstə,aztəminatlı,şəhid və hərbiçi ailələri maddi yardım üçün müariət etmiş və onlardan 39 nəfərə 4315,00 manat məbləğində yardım edilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 24 müraciət, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətindən 51 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 112 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların olub-olmaması) 9
Torpaq sahələrinin olub olmaması barədə 5
Maddi yardım 43
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 54
Sahibkarlıq fəaliyyəti barəsində 1
Müraciətlərin 84-ü müsbət həll olunub
Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər..
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektoru” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Nəsimi Bələdiyyəsi bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, 20 Yanvar -ümumxalq hüzn günü münasibətiylə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 26 Fevral Xocalı faciəsinin 28-ci il dönümü barədə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümü , 15 İyun Qurtuluş Günü, 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ münasibəti ilə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. 27 Sentyabr mənfur düşmənin qərəzli hücumu nəticəsində başlanılan və 44 gün davam edən Vətən müharibəsində şəhid olan Qəhraman övladlarımızın məzarları ziyarət edilmiş, ailələri ilə mütəmadi görüşlər keçirilmişdir.
2020- ci il 10 Dekabr Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradında bələdiyyə qulluqçuları və üzvləri iştirak etmişlər.
Nəsimi rayonu Nəsimi Bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.