Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 2024-cü il ərzində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT:
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 38 ümumi iclas keçirilmiş və 481,00 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1678 - dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 44678 vergi obyektləri mövcuddur.
Vergi ödəyiciləridən hesabat dövründə 2523 ödəyici vergiyə cəlb olunmuşdur
2024-cü il ərzində bələdiyyə büdcəsinə 1753716,32 manat gəlir daxil olmuş, xərclər isə 1701843,45 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 5050,33 manat, əmlak vergisindən 1252860,91 manat, küçə,divar reklamının yerləşdirilməsinə görə 203,78 manat mehmanxanalardan 352961,30 manat, avtodayanacaqlardan rüsum 34140,00 manat, dotasiyadan 108500,00 manat daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 709232,68 manat, DSMF,İcbari Tibbi Sığorta,Sosial sığorta və İşsizlikdən sığorta haqqlarına görə 127732,71 manat, yerli özünüidaətmə orqanının saxlanması xərclərindən təsərrüfat mallarinin və inventarların alınması üçün 26186,98 manat, xidmət haqqının odənilməsi üçün 63489,20 manat , kommunal və komunikasiya xərcləri üçün 6412,22 manat, sair xərclərə görə 46227,09 manat , sosial yardımlar üzrə ödənişlər 96023,56 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 103850,61 manat, abadlıq, quruculuq təmir işlərinə isə 478688,40 manat, Bələdiyyə müəssisəsinin yaradılmasına 44000,00 manat xərclənmişdir.
Hesabat dövrü ərzində Nəsimi Bələdiyyəsi tərəfindən Nəsimi rayonu, Cavadxan küçəsi 64 ünvanında yerləşən “ İzmit Parkı”nda abadlıq, bərpa və təmir işləri,Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi 2 ünvanında yerləşən 22 saylı Nəsimi – Yasamal seçki dairəsi,dairə seçki komissiyasının yerləşdiyi inzibati binanın dəhlizində,iş otaqlarında cari təmir işləri və Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 22/24 ünvanında yerləşən məhəllədə əsaslı abadlıq, bərpa və təmir işləri aparılmış və sakinlərin istifadəsinə verilmişdir.
Nəsimi Bələdiyyəsi tərəfindən,Nəsimi rayonu ərazisində yaşayan Şəhid və Qazi ailələrini, Qarabağ müharibəsi əlillərini və aztəminatlı ailələri daima diqqət mərkəzində saxlayaraq sosial yardımlar göstərilir.Sosial yardımlardan ərzaq bağlamaları şəklində ”Novruz Bayramı” münasibəti ilə rayon ərazisində yaşayan 100 nəfər sosial yardıma ehtiyacı olan ailəyə 7445,80 manat, Müqəddəs “ Ramazan Bayramı” münasibətiylə 100 sosial yardıma ehtiyacı olan ailəyə 7445,80 manat , ”Qurban Bayramı” münasibətilə 100 sosial yardıma ehtiyacı olan ailəyə 2686,50 manat ,100 aztəminatlı və sosial yardıma ehtiyacı olan aliəyə 5597,24 manat, “ 27 sentyabr Anım Günü ” münasibəti ilə rayon ərazisində yaşayan 100 nəfər şəhid və qazi ailələrinə 5428,06 manat, “ 8 Noyabr Zəfər Günü ”münasibəti ilə rayon ərazisində yaşayan 90 şəhid və qazi ailələrinə 5557,50 manat, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni İl” münasibəti ilə rayon ərazisində yaşayan 250 şəhid ailələri,Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 10400,12 manat, məbləğində maddi yardım göstərilib.Bundan əlavə 85 nəfər şəhid və qazi ailələrinə “Ramazan Bayramı” münasibətiylə 8500,00 manat,”Novruz” bayramı münasibətiylə 8500,00 manat və “Qurban “bayramı münasibətiylə 8500,00 manat, , “ 27 sentyabr Anım Günü ” münasibəti ilə 8400,00 manat məbləğlərində maddi yardım göstərilmişdir.
Sosial yardımlar çərçivəsində - Azərbaycan Qarabağ Müharibəsi Ə.V.Ş.A.İ.B 4775,00 manat,müxtəlif vaxtlarda bələdiyyəyə yardım üçün müraciət etmiş 56 nəfər xəstə və aztəminatlı ailələrə 9667,54 manat məbləğində maddi yardım göstərilmişdir.Bələdiyyəyə daxil olmuş müraciətlərə əsasən əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn olunması ilə bağlı 2890,00 manat, rayon ərazisində yaşayan 4 aztəminatlı ailənin görmə qabiliyyəti zəif olan uşaqları üçün optik eynəklərin alınması məqsədilə büdcədən 230,00 manat vəsait xərclənib.
Mədəni kütləvi tədbirlər çərçivəsində “ Xocalı ” şəhərinin işğaldan azad olunmasına həsr olunmuş “ ƏDALƏT ” filmi , “ Erkən Nigaha Yox ” adlı sosial rolik , “Bələdiyyənin 25 illiyinə həsr olunmuş film” və “COP29 “ sənədli filmi çəkilmiş və təqdimatları keçirilmişdir.
2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etmişdir. Belə bir əlamətdar tədbirə Azərbaycanın ev sahibliyi etməsi Cənab Prezident İlham Əliyevin növbəti uğurlu siyasətinin nəticəsidir.Nəsimi Bələdiyyəsi tərəfindən COP29 -a hazırlıq işləri çərçivəsində Nəsimi rayonu,Səməd Vurğun küçəsində 400 kvadrat metr ərazidə reklam işlərinin görülmüş və Nəsimi rayonun bir neçə ünvanında- Abbasqulu Ağa Bakıxanov,Vaqif prospekti,Rəşid Behbudov,Əbdülvəhab Salamzadə,Üzeyir Hacıbəyli küçələrində,Tibilisi,Moskva prospektində,Mir Cəlal küçəsində yerləşən böyük park və yaşıllıq zolağında,Cavadxan və Hüseyn Seyidzadə küçələrində 4000 ədəd təbii dekorativ güllər alınaraq əkilmişdir.
2024-cü ildə Nəsimi Bələdiyyəsi tərəfindən bələdiyyə nəzdində kütləvi informasiyaların yayılması və sənədli filimlərin çəkilməsi məqsədi ilə “TODAY MEDİA AND DOCUMENTARY” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 50 müraciət, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətindən 109 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 722 müraciət qeyd edilən məsələlərə aid olub:
Torpaq sahələrinin olub olmaması barədə 84
Maddi yardım 66
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 449
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 123
Müraciətlərin hər birinə baxılaraq müsbət istiqamətdə cavab verilmişdir.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 1063 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 339 məhkəmə işi hələdə davam edir.
Qeyd edirik ki, əmlak vergisi ödəməyən fiziki şəxslər barəsində məcburi icra tədbirlərinin görülməsinə dair tərəfimizdən 1678 ədəd qərar qəbul olunmuş, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Onlardan 1339 ədəd qərar xitam olunmuş, 339 ədəd qərar isə icra olunmaqdadır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilmişdir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər.
Bələdiyyədə hesabat dövründə şəxsən sədr tərəfindən 48 nəfər, ümumilikdə isə 123 nəfər vətəndaş qəbul edilmişdir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektoru” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Nəsimi bələdiyyəsi bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, 20 Yanvar -ümumxalq hüzn günü münasibətiylə Şəhidlər Xiyabanı ziyarət olunmuşdur. 26 Fevral Xocalı faciəsinin 31-ci il dönümü barədə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 -cü il dönümü , 15 İyun Qurtuluş Günü, 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ və “ 8 Noyabr Zəfər Günü” , “9 Noyabr Bayraq Günü “ və Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.