Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, abadlıq,bərpa və təmir işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 40 ümumi iclas keçirilmiş və 237,00 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 1493 - dən artıq şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 49328 vergi obyektləri mövcuddur.
Vergi ödəyiciləridən hesabat dövründə 4294 ödəyici vergiyə cəlb olunmuşdur.
2025-ci il ərzində bələdiyyə büdcəsinə 2326332,15 manat gəlir daxil olmuş, xərclər isə 2316132,37 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 7397,88 manat ,əmlak vergisindən 1675639,07 manat, mehmanxanalardan 419374,20 manat, avtodayanacaqlardan rüsum 36771,00 manat,dotasiyadan 173000,00 manat,sair gəlirlərdən 14150,00 manat gəlir daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına 845673,15 manat, əmək haqqına üstəlik ödəmələri üçün (DSMF,İcbari Tibbi Sığorta və İşsizlikdən sığorta haqqlarına görə) 144802,37 manat, yerli özünüidaətmə orqanının saxlanması xərclərindən təsərrüfat mallarının və inventarların alınması üçün 23784,76 manat,cari təmir xərci üçün 64154,00 manat,xidmət haqqının odənilməsi üçün 76575,62 manat , kommunal və komunikasiya xidmətləri üçün 6129,33 manat, sair xərclərə görə 83830,27 manat , sosial yardımlar üzrə ödənişlər 117378,67 manat, mədəni - kütləvi bayram tədbirlərinin təşkili üçün 50979,20 manat, abadlıq, quruculuq və təmir işlərinə 706028,00 manat ,bələdiyyə müəssisəsinin yaradılmasına görə 196797,00 manat xərclənmişdir.
Hesabat dövründə ərazidə Nəsimi bələdiyyəsi tərəfindən abalıq,bərpa və təmir işləri aşağıda qeyd olunan ünvanlarda aparılmışdır:
Nəsimi rayonu,Süleyman Rüstəm küçəsi 33,33A və 33B ünvanında yerləşən məhəllədə əsaslı abadlıq, bərpa və təmir işləri aparılmışdır.
Nəsimi rayonu,V.Plotnikov 21a,M.Qaşqay 28 və E.Tağızadə 18A ünvanında yerləşən məhəllədə abadlıq, bərpa və təmir işləri aparılmışdır.
Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 59 ünvanında yerləşən məhəllədə bərpa və təmir işləri aparılmışdır.
Nəsimi rayonu,Mustafa Topçubaşov 23 ünvanında yerləşən məhəllədə bərpa və təmir işləri aparılmışdır.
Nəsimi rayonu,Alı Mustafayev 1k,1D,Məmmədcəfər Cəfərov küçəsi 8 və 10 ünvanında yerləşən məhəllədə abadlıq və bərpa işləri aparılmışdır.
Nəsimi rayonu,Rəşid Behbudov 59 və 65 ünvanında yerləşən məhəllədə abadlıq və bərpa işləri aparılmışdır.
Nəsimi rayonu,Ceyhun Səlimov16 ünvanında yerləşən məhəllədə abadlıq işləri aparılmışdır.
Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən “Zəfər Bağı”nda şəhid Əliyev Emil Elman oğlunun şəkili əks olunan mərmər lövhə hazırlanmışdır.
Nəsimi rayonu, Azər Əliyev küçəsi 9A ünvanında yerləşən məhəllədə antitteror əməliyyatı nəticəsində şəhid olmuş Əkbərov Aqil Fayəddin oğlunun şəkili əks olunan mərmər lövhə hazırlanmışdır.
2025-ci il ərzində Nəsimi Bələdiyyəsi tərəfindən sosial yardımlarım göstərilməsi üçün ayrılan vəsait aşağıda qeyd olunan istiqamətlərdə xərclənmişdir:
“Novruz” bayramı münasibəti ilə rayon ərazisində yaşayan 220 şəhid ailələri,Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 250 pay ərzaq yardımı göstərilmişdir.
“ Novruz “ bayramı münasibəti ilə Nəsimi rayonu ərazisində yaşayan 87 nəfər şəhid və qazi ailələrinə (hər birinə 100 manat olmaqla) maddi yardım göstərilmişdir.
“ Ramazan” bayramı münasibəti ilə rayon ərazisində yaşayan 110 şəhid ailələri,Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 110 pay ərzaq yardımı göstərilmişdir.
“Qurban” bayramı münasibəti ilə rayon ərazisində yaşayan şəhid ailələri,Qarabağ müharibəsi əlillərinə, Çernobıl faciəsinin əlillərinə və aztəminatlı ailələrə 250 pay ərzaq yardımı göstərilmişdir.
“Qurban “ bayramı münasibəti ilə Nəsimi rayonu ərazisində yaşayan 87 nəfər şəhid və qazi ailələrinə (hər birinə 100 manat olmaqla) maddi yardım göstərilmişdir.
“8 Noyabr Zəfər Günü ” münasibəti ilə rayon ərazisində yaşayan şəhid ailələrinə,Qarabağ müharibəsi əlillərinə,müharibə veteranlarına 90 pay ərzaq yardımı göstərilmişdir.
“8 noyabr Zəfər Günü “ münasibətilə rayon ərazisində yaşayan 87 nəfər şəhid və qazi ailələrinə üzərində " 8 Noyabr Zəfər Günü" loqosu əks olunmuş 87 ədəd suvenir həddiyyə alınararaq onlaraq verilib.
“ 8 noyabr Zəfər Günü “ münasibətilə Nəsimi rayonu ərazisində yaşayan 87 nəfər şəhid və qazi ailələrinə (hər birinə 100 manat olmaqla) maddi yardım göstərilib.
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl"münasibətiylə Nəsimi rayonu ərazisində yaşayan 89 nəfər şəhid və qazi ailələrinə maddi yardım (hər birinə 100,00 manat olmaqla) göstərilmişdir.
"31 dekabr Dünya Azərbaycanlılarının Həmərəyliyi Günü və Yeni İl "münasibətiylə rayon ərazisində yaşayan şəhid ailələrinə,Qarabağ müharibəsi əlillərinə,müharibə veteranlarına 235 pay ərzaq yardımı göstərilmişdir.
Azərbaycan Qarabağ Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinə maddi yardım göstərilmişdir.
A.R. Çernobıl Əlliləri İttifaqı İctimai Birliyinə yardım göstərilmişdir.
Nəsimi rayonu Abbasqulu Ağa Bakıxanov prospekti 37 ünvanında yerləşən Bakı şəhəri “1 saylı Körpələr Evi “nə maddi yardım göstərilmişdir.
Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun Nəsimi Bələdiyyəsinə daxil olmuş müraciətə əsasən 15 nəfər kimsəsiz meyit müsəlman və xristian adət-ənənəsinə uyğun şəkildə dəfn edilmişdir.
Nəsimi Rayon ərazisində yaşayan 17 nəfər vətən müharibəsi veteranlarına maddi yardım göstərilmişdir.
“ 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə 60 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbli ləvazimatlarının alınaraq onlaraq paylanılıb.
Nəsimi rayon ərazisində yaşayan 41 nəfər aztəminatlı sakinlərin müraciətlərinə əsasən onlara maddi yardım göstərilmişdir.
Nəsimi rayonu üzrə 600-dən yuxarı bal toplayan 2024-2025-ci tədris ilinin 27 nəfər məzunlarına hədiyyə olaraq 27 ədəd qol saatı alınaraq onlara verilmişdir.
5 oktyabr - Ümumdünya Müəllimlər Günü münasibətilə Nəsimi rayonunun təhsil müəssisələrində fəaliyyət göstərən 66 nəfər müəllim üçün simvolik hədiyyələr alınmışdır.
Mədəni kütləvi tədbirlər çərçivəsində Nəsimi Bələdiyyəsi tərəfindən “20 Yanvar” şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı güllər alınmış, Vətən müharibəsi şəhidlərinin məzarlarının və əlamətdar günlərdə məzarüstü abidələrin ziyarət edilməsi ilə bağlı güllər alınmış, 26 Fevral Xocalı faciəsinin 33-cü il dönümü münasibətiylə, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 -ci il dönümü , 15 İyun Qurtuluş Günü, 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələri günü“ və “ 8 Noyabr Zəfər Günü” , “9 Noyabr Bayraq Günü “ və “Nizami Kino Mərkəzi”ndə ”Ümummilli Lider Heydər Əliyevin Anım Günü”nə həsr olunmuş tədbir təşkil edilmişdir. Bundan əlavə “Medalyon - Ukrayna“ sənədli filmi və “ Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü”nə həsr edilmiş sənədli filmlər çəkilmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 986 müraciət, o cümlədən Nəsimi rayon İcra Hakimiyyətindən 88 müraciətə əsasən müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Nəsimi rayon Nəsimi bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 986 müraciət qeyd edilən məsələlərə aid olub:
Torpaq sahələrinin olub olmaması barədə 27
Maddi yardım 59
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 764
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 136
Müraciətlərin hər birinə baxılaraq müsbət istiqamətdə cavab verilmişdir.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 986 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 406 məhkəmə işi hələdə davam edir.
Qeyd edirik ki, əmlak vergisi ödəməyən fiziki şəxslər barəsində məcburi icra tədbirlərinin görülməsinə dair tərəfimizdən 1493 ədəd qərar qəbul olunmuş, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Onlardan 1087 ədəd qərar xitam olunmuş, 406 ədəd qərar isə icra olunmaqdadır.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilmişdir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 408-10-01) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edirlər.
Bələdiyyədə hesabat dövründə şəxsən sədr tərəfindən 25 nəfər, ümumilikdə isə 48 nəfər vətəndaş qəbul edilmişdir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “Gənclər gender və layihələrlə iş şöbəsi” ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Nəsimi rayonu Nəsimi bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.