Nəsimi bələdiyyəsi 2021-ci illə bağlı hesabatını yayımlayıb

Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT:

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Nəsimi rayonu Nəsimi bələdiyyəsi tərəfindən 29 ümumi iclas keçirilərək 88 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COVİD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Nəsimi bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili Şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Elvin Babayevin ailə üzvlərinə 850.00 manat, qazi Bayramov Seymur Tərlan oğluna 300.00 manat maddi yardımlar verilmişdir.Bundan əlavə Nəsimi rayonu ərazisində yaşayan aztəminatlı ailələrə 5694.00 manat maddi yardım edilmişdir.

Hər il olduğu kimi bu ildə Nəsimi bələdiyyəsi 3 dekabr Əlillər günü münasibəti ilə keçirilən tədbirdə iştirak etmiş və rəhbərlik tərəfindən uşaqlara bayram hədiyyələri verilmişdir.

Nəsimi bələdiyyəsi bir çox tədbirlərdə iştirak etmişdir. Belə ki, orta ümumtəhsil məktəblilərinin 1-6-cı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsi, 2 Fevral Gənclər Günü ilə bağlı qazilərimizlə birlikdə “Qalib ölkənin qalib gəncləri” adlı tədbir, 26 Fevral Xocalı faciəsinin 29-cu il dönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı orta ümumtəhsil məktəb şagirdləri arasında online tədbir, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə, 15 İyun Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmişdir.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir.

8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə “Qənimətlər Parkı” ziyarət edilmişdir.

Nəsimi rayonu Nəsimi bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.

Bələdiyyədə “qaynar xətt” də (telefon 440-50-71, 440-85-42) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 100 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 50 nəfər qəbul edilib.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Nəsimi bələdiyyəsinin təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları,bayram münasibətilə təbrik olunublar.Novruz bayramı münasibəti ilə, rayon ərazisində yaşayan 258 sosial yardıma ehtiyacı olan ailələyə, 8084.00 manat dəyərində bayram sovqatları təqdim edilmişdir.

Ramazan ayında bələdiyyə tərəfindən ərazidə yaşayan aztəminatlı ailələrə bayaram iftar süfrələri açılmış həmçinin, Çernobil faciəsinin il dönümü ilə əlaqədar “Çernobil Əlilləri İttifaqı”na, 150.00 manat, AZ QARABAĞ MÜHARİBƏSİ Ə.V.Ş.A İ.B 4500.00 manat maddi yardım göstərilmişdir.Bundan əlavə “Qurban bayramı”münasibəti ilə Nəsimi rayonu ərazisaində sosial yardıma ehtiyacı olan 200 ailəyə 5889.00 manat dəyərində bayram sovqatı təqdim edilmişdir.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 718 müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması) 26

Torpaq sahələrinin olub olmaması barədə 184

Maddi yardım 50

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 277

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 162

Sahibkarlıq fəaliyyəti barəsində 19