• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

Bələdiyyə asossasiyaları

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası Azeri

Avropa Şurasının Azərbaycanla əməkdaşlığa dair fəaliyyət planında milli bələdiyyə assosiasiyalarının təşkili prosesinin 2007-ci ilin sonunda başa çatacağı nəzərdə tutulsa da bələdiyyələr getdikcə daha yaxşı təşkilatlanaraq Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şəhər, qəsəbə və kənd bələdiyyələrinin regional assosiasiyalar da daxil olmaqla 2006-cı ilin dekabr ayında Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələrini birləşdirən Milli Assosiasiyaları təsis etmişdir.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası Azərbaycan Respublikasının şəhər inzibati ərazi vahidliklərində fəaliyyət göstərən bələdiyyələrin fəaliyyətini əlaqələndirmək, onlara yardım etmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə yaratdıqları ittifaqdır.
Assosiasiyanın fəaliyyəti könüllülük, üzvlərin hüquq bərabərliyi, qanunçuluq, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə və aşkarlıq prinsiplərinə əsaslanır.

Milli Assosiasiyaların Yaradılması Prosesi

Azərbaycanda yerli özünüidarəetmə orqanlarının 6 ildən artıq fəaliyyət təcrübəsinin öyrənilməsi meydana çıxan bir sıra problemlərin, onların həlli yollarının müzakirəsini tələb etmiş və bu məqsədlə beynəlxalq təcrübə öyrənilmişdir. Aparılmış təhlillər bələdiyyələrin işlərini koordinasiya edən və fəaliyyətlərini istiqamətləndirən təsisatların təşkili zərurətini yaratmışdır.
6 iyun 2006-cı ildə Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən 72 bələdiyyə sədrinin iştirakı ilə Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclas keçirilmişdir. İclasda Azərbaycanda ayrı-ayrılıqda şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması məqsədi ilə işçi qruplarının təşkil olunması məsələsi müzakirə olunmuşdur.
Respublikamızın bütün şəhər və rayonlarında bələdiyyə sədrlərinin şura iclasları keçirilmiş şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının yaradılması təklifi dəstəklənmişdir. Açıq fikir mübadiləsi şəraitində keçən müzakirələrdə bələdiyyələrin qarşılıqlı əlaqəsini təmin edən, dövlət orqanları ilə münasibətlərini möhkəmləndirən qurumların yaradılmasına ciddi ehtiyac olduğu bildirilmiş, şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyalarının təşkili məqsədəuyğun hesab edilmiş, bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə 3 işçi qrupun formalaşdırılması qərara alınmışdır.
İclas İştirakçılarının təklifi ilə AŞBMA-nın yaradılması məqsədi ilə 25 nəfərdən ibarət işçi qrupu müəyyən edilmişdir. İşçi qrup tərəfindən 2006-cı ilin sentyabrın 15-dək şəhər bələdiyyələrinin milli assosiasiyasının nizamnamə layihəsinin hazırlanması və təsis toplantısına nümayəndəlik kvotasının müəyyən edilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətt qəbul olunmuşdur. müraciəttdə ölkəmizdə getdikcə daha geniş vüsət almaqda olan quruculuq-abadlıq, sosial-iqtisadi yüksəliş işlərində bələdiyyələrin rolunun artdığı, sıralarında 22 minə yaxın üzvü birləşdirən yerli özünüidarəetmə orqanlarının dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti daim dəstəklədikləri və müdafiə etdikləri vurğulanmışdır.
2006-cı ilin noyabrın 30-da Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının təsis yığıncağı keçirilmişdir.
İşçi qrupunun 2006-cı il oktyabrın 29-da Bakı şəhərində təşkilati məsələlərə həsr olunmuş iclasında qəbul edilmiş nümayəndəlik normasına uyğun olaraq, təsis yığıncağına seçilmiş 71 nümayəndədən 69-u yığıncaqda iştirak etmişdir. Yığıncaqda Naxçıvan MR Şəhər Bələdiyyələri Assosiasiyasının, respublikanın rayonlarında fəaliyyət göstərən 52 şəhər, Bakı şəhərində 7, Gəncə şəhərində 2 rayon bələdiyyələrinin qərarları ilə 61 bələdiyyəni birləşdirən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının (AŞBMA) yaradılması barədə təklif nümayəndələr tərəfindən yekdilliklə qəbul edilmişdir.
Təsis yığıncağında Assosiasiyanın Nizamnaməsi qəbul edilmiş, rəhbər orqanları Assosiasiyanın sədri, sədrin müavinləri, idarə heyəti, nəzarət-təftiş komissiyası seçilmişdir.
2007-ci ilin yanvar ayının 31-də AŞBMA-nın Nizamnaməsi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır.
26 aprel 2016-cı ildən Assosiasiyanın hazırkı sədri Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevdir.

To Top