• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

“Korrupsiyaya Yox Deyək!” mövzusunda tədbir keçirildi.

Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 3199 nömrəli 04 aprel 2022-ci il tarixli Sərəncamının “Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi”nə dair 6.2-ci bəndinin icrası ilə bağlı 24 fevral 2023-cü  ildə Nəsimi Bələdiyyəsinin inzibati binasında Korrupsiyaya Qarşı Mübarizə mövzusunda tədbir keçirilib. Bələdiyyə qulluqçuları arasında maarifləndirmə məqsədilə  “Korrupsiyaya YOX deyək!” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Nəsimi Bələdiyyəsinin sədr müavini Rahib Hacıyev açaraq bildirib ki, “Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətli inkişafa nail olmuşdur. Artıq Azərbaycan regionda siyasi cəhətdən ən sabit ölkə, demokratikləşməni və hüquqi dövlət quruculuğunu getdikcə dərinləşdirən və inkişaf etdirən, sosial siyasəti uğurla həyata keçirən bir ölkə kimi tanınır. O cümlədən, ölkəmizdə pis vərdişlərlə yanaşı cinayətkarlıqla da geniş mübarizə tədbirləri həyata keçirilir. O bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Bu günkü tədbirimiz də Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Tədbirdə bələdiyyənin əməkdaşı İmanov İlham Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planının fərqli fəaliyyət istiqamətləri, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi imkanları barədə danışdı. Tədbir zamanı maarifləndirmə tədbirlərinin davam etdirilməsi və gücləndirilməsi istiqamətində qərar verildi.

To Top