• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

İSRAİL YERLİ HAKİMİYYƏTLƏR FEDERASİYASININ KONFRANSINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNUB

  • Ana səhifə
  • Xəbərlər
  • İSRAİL YERLİ HAKİMİYYƏTLƏR FEDERASİYASININ KONFRANSINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNUB
İSRAİL YERLİ HAKİMİYYƏTLƏR FEDERASİYASININ KONFRANSINDA AZƏRBAYCAN DA TƏMSİL OLUNUB

2020-ci il fevralın 18-20-də Təl-Əviv şəhərində İsrail Yerli Hakimiyyətlər Federasiyasının ənənəvi “Muni World” konfransı keçirilib.
Konfransda Bakı şəhərinin Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev iştirak ediblər.
“Ağıllı şəhərlər və şəhər təhlükəsizliyi” mövzusunda olan “Muni World” konfransının əsas müzakirə mövzuları kibertəhlükəsizlik, şəhər rəqəmsallaşdırılması, nəqliyyat və digər məsələlər olub.
Konfransda qabaqcıl dünya ölkələrindən dəvət olunmuş 80-nə yaxın beynəlxalq heyət, İsrail Dövlətinin Xarici İşlər naziri Yisrael Katz, İqtisadiyyat naziri Eli Cohen və digər yüksək rütbəli dövlət məmurları iştirak ediblər. Konfrans ərəfəsində 170 şirkətin və 8000-ə yaxın ziyarətçinin iştirakı ilə şəhər texnologiyasının və təhlükəsizliyinin artırılması üçün müxtəlif təcrübələr nümayiş etdirən “Muni Expo” innovasiya sərgisi də keçirilib.

20 fevral 2020-ci il
To Top