• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ GƏNCLƏRİN ROLU DAHA DA ARTIRILMADIR

YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ GƏNCLƏRİN ROLU DAHA DA ARTIRILMADIR

30 iyul 2020-ci ildə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən 45 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilib.

Videokonfransda çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov tədbirin əhəmiyyətini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün geniş imkanların yaradıldığını vurğulayıblar.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov çıxışlarında Prezident İlham Əliyevin respublikamızda apardığı çoxşaxəli gənclər siyasətindən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli şəkildə yerinə yetirilməsinin vacibliyindən danışıblar.

Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova təmsil olunduqları qurumların fəaliyyəti barədə danışıb, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini bildiriblər.

Tədbirdə mövzu üzrə müzakirələr aparılıb, iştirakçıların sualları Milli Məclisin üzvləri, Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırılıb.
To Top