• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ GƏNCLƏRİN ROLU DAHA DA ARTIRILMALIDIR

YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ GƏNCLƏRİN ROLU DAHA DA ARTIRILMALIDIR

Milli Məclisin Gənclər və idman komitəsinin və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə 44 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirilib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov tədbirin keçirilməsinin zəruriliyini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanları qeyd ediblər.
Tədbirdə çıxış edən Şahin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinin müavini Fazil Məmmədov dövlətimizin başçısı İlham Əliyevin respublikamızda apardığı çoxsahəli gənclər siyasətindən, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyindən danışıblar və praktiki təkliflər veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Rəvanə Həşimova təmsil etdikləri qurumların fəaliyyəti barədə danışıblar və gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin yeni reallaşacaq layihələrdə iştirakları ilə bağlı təkliflərini bildiriblər.
Sonra mövzu üzrə müzakirələr aparılıb, videokonfrans iştirakçılarının sualları Milli Məclisin üzvləri, Bələdiyyələrlə iş Mərkəzinin Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırılıb, təkliflərinə münasibət bildirilib.
Bildirilib ki, bu silsilədən olan tədbirlər müntəzəm olaraq davam etdiriləcək.
To Top