• Nəsimi bələdiyyəsi

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi - S.Vurğun küç. 112

    +99412 441-37-10

    +994 12 440-85-42

    info@nasimibaladiyyasi.az

  • Bizə yazın

    Təklif və şikayətlərinizi qeyd edin.

    Please Fill Required Fields
  • Qaynar Xətt

    +99412 441-37-10

    +994 12 440-85-42

  • İş saatları

    İş saatlarımızda sizinlə görüşməyə şad olarıq. Zəhmət olmasa görüş təyin edin.

    • Bazar ertəsi-Cümə: səhər 9-dan axşam 6-ya
    • Şənbə: Bağlı
    • Bazar günü: Bağlı

MACARISTAN DÖVLƏTİNİN YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞA BAŞLANIR

  • Ana səhifə
  • Xəbərlər
  • MACARISTAN DÖVLƏTİNİN YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞA BAŞLANIR
MACARISTAN DÖVLƏTİNİN YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARI İLƏ ƏMƏKDAŞLIĞA BAŞLANIR



Azərbaycan və Macarıstan Respublikalarının yerli idarəetmə qurumları ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyalarının koordinatoru Tofiq Həsənovun, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalovun, AYRHK-da Azərbaycan nümayəndə heyətinin və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynovanın, AYRHK-da Azərbaycan nümayəndə heyətinin katibi və Milli Assosiasiyasının məsləhətçisi Rövşən Məmmədovun Macarıstan Yerli Hakimiyyətlər Assosiasiyasının rəsmiləriylə video-müzakirə keçirilmişdir.

Macarıstan Yerli Hakimiyyətlər Assosiasiyasının baş katibi Ferenc Gyergyak və Assosiasiyanın beynəlxalq əlaqələr şöbəsinin katibi Sabian Katalin ilə aparılan onlayn görüşdə Pandemiyadan sonra tanışlıq və təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, yerli idarəetmə qurumlarının işinin təkmilləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması məsələləri barədə təkliflər müzakirə edilmişdir. Qeyd edilmişdir ki, hər iki ölkənin şəhərləri arasında müxtəlif sahələrdə regional əməkdaşlığın yaradılması, sosial-iqtisadi və mədəni yönümlü layihələrin reallaşması imkanları nəzərdən keçiriləcəkdir.

Məlumat üçün bildiririk ki, digər Avropa ölkələrinin yerli idarəetmə orqanları və onların assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində növbəti video-müzakirələr 2020-ci ilin sentyabr-oktyabr aylarında Çexiya və Slovakiya dövlətlərinin müvafiq qurumları ilə həyata keçiriləcəkdir.

02 sentyabr 2020-ci il
To Top